Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir

0

  • 27.01.2023-cü il tarixdə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Cənab Prezidentin 22 iyul 2020-ci il tarixli, 2173№ li Sərəncamına uyğun olaraq 4.4. bəndinin, 4.4.1 yarımbəndinin, yəni regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni sığınacaq və yardım mərkəzlərinin yaradılması və həmin mərkəzlərin fəaliyyətinin təmin edilməsi məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində maarifləndirici görüş keçirildi. Görüşdə rayon icra hakimiyyyəti başçısı aparatının məsul şəxsləri, ictimai fəal şəxslər iştirak etdilər. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva müvafiq Sərəncam haqqında ətraflı məlumat verərək bildirdi ki, insan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına yaşından, cinsindən və tələbatlarından asılı olaraq hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiyası, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. İnsan alveri qurbanları və potensial insan alveri qurbanları onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatların verilməsi, hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi, habelə onların sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qayıtmalarına köməklik göstərilməsi məqsədilə insan alveri qurbanlarına yardım mərkəzlərinə (bundan sonra – yardım mərkəzləri) qəbul edilirlər.Yardım mərkəzlərində reabilitasiya tədbirləri qəbul edilmiş hər bir şəxs üçün tərtib edilmiş fərdi sosial reabilitasiya planına əsasən həyata keçirilir.Yardım mərkəzlərində insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım, eyni zamanda, onlara və ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardım göstərilir.Həmçinin mərkəzlərdə qəbul edilmiş şəxslərin tibbi-sosial reabilitasiyası, yəni orqanizmin pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəlmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrinin aradan qaldırılması, psixoloji, fizioloji və anatomik pozuntuların tam və ya qismən bərpası üzrə tədbirlər görülür.İnsan alveri qurbanları burada peşə hazırlığı və məşğulluq ilə təmin oluna, təhsillərinin davam etdirilməsi ilə bağlı köməklik ala bilərlər.Müraciət etmiş şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, o, mərkəz tərəfindən müvəqqəti sığınacaqda təmin edilir.Yardım mərkəzlərində qəbul edilmiş şəxslərin şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına, təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi və ya fiziki şəxsə məlumat verilmir.İnsan alverinin qurbanı uşaqlar olduqda yardım mərkəzləri tərəfindən onlar barəsində qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya dərhal məlumat verilir.Hal-hazırda insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyasının təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi fəaliyyət göstərir.Yardım mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.Məişət zorakılığından zərər çəkmiş şəxslər (bundan sonra - zərər çəkmiş şəxslər) sosial- psixoloji, hüquqi, tibbi,psixoloji, xidmətlərin, habelə sosial-məsləhət yardımının göstərilməsi məqsədi ilə yardım mərkəzlərinə qəbul edilirlər.Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin olunur, habelə psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi müvafiq icra hakimiyyəti orqanına məlumat göndərilirYardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə zərər çəkmiş şəxslərə psixoloji və hüquqi yardım göstərmək, pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına yönəlmiş müalicəvi tədbirləri həyata keçirmək, onların zorakılıqdan aldıqları xəsarətlər nəticəsində yaranmış psixoloji, fizioloji və anatomik pozuntuları tam və ya qismən bərpa etmək daxildirYardım mərkəzlərində həmçinin zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə kömək göstərilir. Yardım mərkəzləri tərəfindən eyni zamanda zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasına, sosial ödənişlərin alınmasında müvafiq kömək göstərilir.Zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi və onların ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlərin həyata keçirilməsi də Yardım mərkəzlərinin fəaliyyət istiqamətlərinə daxildir.Yardım mərkəzlərində reabilitasiya tədbirləri qəbul edilmiş hər bir şəxs üçün tərtib edilmiş fərdi sosial reablitasiya planına əsasən həyata keçirilir.Yardım mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.Qeyd edək ki, Cənab Prezidentin imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar olaraq Xocalı rayonu üzrə də müxtəlif səpgili maarifləndirici tədbirlər həyata keçirilmiş, rayon ictimaiyyəti arasında profilaktik söhbətlər aparılmışdır.                      
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir

    Maraqlı gələ bilər
    43
    45